ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Allahın adı ilə!
Bu gün axşam (çərşənbə axşamı, aprel ayının 9-u) Şəvval ayının hilalının cihazsız gözlə görünməsi sübuta yetmişdir. 
Buna əsasən sabah, Aprel ayının 10-u (çərşənbə günü) şəvval ayının biri, mübarək Fitr bayramıdır. Allah-taala bütün müsəlmanlara bu bayramı mübarək etsin.

Ayətullah əl-uzma Seyyid Əli Hüseyni Sistaninin dəftərxanası.

Sual və Cavab » Saqqal

1 Sual: Saqqalı qırxmaq olarmı? Saqqal nə qədər olmalıdır?
Cavab: Saqqalı qırxmaq – ehtiyat vacibə görə - icazəli deyil. Ən azından o qədər olmalıdır ki, camaat arasında çənədə və yanaqlarda qalmış tüklərə saqqal deyilsin.
sistani.org/25954
2 Sual: İş yerimdə saqqal saxlamağa icazə vermirlər. İşimi itirməmək üçün saqqalımı qırxa bilərəmmi?
Cavab: Saqqalı qırxmaq – ehtiyat vacibə əsasən –icazəli deyil. Yalnız iztirar (zərurət) hallarında, həmçinin saqqal saxlamaq (adətən dözülməyən) ziyan və məşəqqətə səbəb olarsa, (hərçənd istehza və həqarət cəhətindən olsa belə) qırxmaq olar.
sistani.org/25955
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français