ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Yeni ayın görünməsi

1 Sual: Mən şəhərdə yaşayıram, ayın görünməsi və necəliyi ilə bağlı məlumatım yoxdur. Sualım budur ki, alimlərin bu haqda dediklərinə yaxud onların ümumi saytlarda verdikləri elanlara əsaslanaraq oruca başlayıb yaxud orucu aça bilərəmmi?
Cavab: Özünüz ayın 29-da gün batandan sonra aya baxa və təyin edə bilərsiniz. Əgər ayı görməsəniz və başqa şəxslərin öz gözləri ilə ayı gördüklərinə əmin olmasanız, ayı 30 gündən hesablayın. Lakin təkcə ictimai şəbəkələrdə verilmiş elanlar şəriət baxımından dəlil deyil.
2 Sual: Fitr bayramı ilə bağlı şəriət hakiminə tabe olmaq lazımdırmı?
Cavab: Ayın əvvəli şəriət hakiminin hökmü ilə sübuta yetmir. Bu halda sübuta yetər ki, onun verdiyi hökmdən yaxud onun yanında ayın sübuta yetməsindən ayın görünməsinə əminlik yaransın.
3 Sual: Mən Sistani cənablarına təqlid edirəm. Sualım budur ki, yeni ayın görünməsi və ona aid olan dini vəzifələrlə o cümlədən oruc və Fitr bayramı ilə bağlı mərcəyi-təqlidin rəyinə uyğun əməl etməliyəm? Mərcəyi-təqlidin misal üçün şəvval ayının hilalı (yeni ayı) ilə əlaqədar rəyini necə öyrənə bilərəm?
Cavab: Yeni ayın başlanması hilalın (yeni çıxmış ayın) sizin olduğunuz yerin üfüqündə olmasına əminlik əldə etməyinizdən asılıdır, belə ki, ay cihazsız gözlə görünməlidir.
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français