ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Bismillahir-Rəhmanir-Rəhim.
Həzrət Ayətullah Sistaninin dəftərxanasının məsul işçisi açıqladı:
Keçən axşam Həzrət Sistani cənablarının sol ayağı burxulub və bu hadisə onun bud sümüyünün sınmasına səbəb olub. İnşallah bu gün iraqlı həkim qrupu tərəfindən cərrahiyyə əməliyyatı olunacaq.
Bütün inanclı və imanlı insanlardan xahiş edirik ki, onu xeyir-dualarında unutmasınlar.

Sual və Cavab » Surətçıxarma və müəllif hüquqları

1 Sual: CD yaxud DVD disklərinin üzərinə yazılır: “Müəllif hüquqları qorunur. Surətini çıxarmaq qadağandır”. Belə olduqda disklərin surətini çıxarmaq olarmı? Əgər surətini çıxarsalar və sonradan başa düşsək ki, şirkəti razı deyilmiş, vəzifəmiz nədir?
Cavab: 1. Surətini çıxarmaq qanuni baxımdan qadağandırsa mərcəyi-təqlid cənabları qanuna zidd hərəkət etməyə icazə vermir. 2. Hazırda vəzifəniz yoxdur.
2 Sual: Müəllifinin icazəsi olmadan surəti çıxarılmış dərslik kitabını almaq olarmı?
Cavab: Onu almağın eybi yoxdur.
3 Sual: Bir kitabın kopyalanmış surətini alsaq və sonradan başa düşsək ki, kitabın naşiri onu kopyalamağı qadağan edib, o kitabdan istifadə etməyin hökmü nədir? Yenidən onun kopyasını çıxarmaq icazəlidir?
Cavab: Surətini çıxarmaq qanuna görə qadağandırsa, mərcəyi-təqlid cənabları bu qanunu pozmağa icazə vermir.
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français